"AzadlIqdan Məhrumetmə
Yerlərİnİn Müşahİdəsİ"
İctİmaİ Bİrlİyİ

"Prison Watch"
Public Association

"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi “YENİ HƏYAT - keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsinin icrasına başladı

"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi “YENİ HƏYAT - keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsinin icrasına başladı
"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “YENİ HƏYAT - keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsinin icrasına başlamışdır.
Layihənin əsas məqsədi cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləmək və onların qarşılaşdıqları hüquqi, psixoloji və sosial problemlərin həllinə kömək etməkdən ibarətdir.
Layihə çərçivəsində 70-ə yaxın keçmiş məhkuma psixoloq tərəfindən pulsuz psixoloji yardım və konsultasiyalar təşkil olunacaq, həmçinin hüquqşünas tərəfindən hüquqi məsləhətlər veriləcək, konkret problemlərin həllində yardımçı olunacaqdır. Eyni zamanda “Yeni həyat” Aksiyasının keçirilməsi nəzərdə tutulmuşdur ki, bu mərhələdə ölkədəki bütün işəgötürənlərə, xüsusilə tanınmış şirkət rəhbərlərinə məktublar göndərilərək sahibkarlara cəza çəkmədən azad edilmiş şəxsin işlə təmin ediləsinə köməklik göstərilməsinin zəruriliyi və bu sosial məsuliyyətin vacibliyi qeyd ediləcəkdir.

Mətbuat Xidməti
28.04.2017

Oxunub: 86 dəfə | Tarix: 28-04-2017, 12:32 | Kateqoriya:Bizim Fəaliyyət » Layihələr