"AzadlIqdan Məhrumetmə
Yerlərİnİn Müşahİdəsİ"
İctİmaİ Bİrlİyİ

"Prison Watch"
Public Association

Abşeronda oğrular evdən 6 min manat dəyərində qızıl və nağd pul aparıblar

Abşeronda oğrular evdən 6 min manat dəyərində qızıl və nağd pul aparıblar Abşeron rayonunda oğurluq hadisəsi qeydə alınıb. APA-nın məlumatına görə, ev sahibinin evdə olmamasından istifadə edən oğrular evdən 6 min manat dəyərində qızıl və nağd pul aparıblar. Naməlum şəxs və ya şəxslər Xəlil Rza küçəsi 94 yaşayan Bəhman Novruzovun ailəsinin yas mərasimində olan vaxt evdən oğurluq ediblər.


Qeyd edək ki, oğrular evin həyətinə hasardan aşaraq daxil olublar. Evə isə pəncərədən giriblər.


Bundan sonra oğrular evin digər otaqlarında pul və qızıl axtarmağa başlayıblar. Zərərçəkənlərin sözlərinə görə, bu onların evində baş verən ilk oğurluq deyil. Bir il əvvəl də onların evləri qarət edilib.

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışları davam edir.

apa.az

Oxunub: 817 dəfə | Tarix: 27-11-2015, 10:28 | Kateqoriya:Xəbərlər » Yerli xəbərlər