"AzadlIqdan Məhrumetmə
Yerlərİnİn Müşahİdəsİ"
İctİmaİ Bİrlİyİ

"Prison Watch"
Public Association

Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə axtarılan 41 nəfər tutulub

Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə axtarılan 41 nəfər tutulub
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 84 cinayət faktından 14-nün üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə axtarılan 41 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli səkkiz fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər tutulub.

AZƏRTAC

Oxunub: 14 dəfə | Tarix: 12-09-2017, 15:26 | Kateqoriya:Xəbərlər