"AzadlIqdan Məhrumetmə
Yerlərİnİn Müşahİdəsİ"
İctİmaİ Bİrlİyİ

"Prison Watch"
Public Association

Rusiya Ali Məhkəməsi beynəlxalq terror təşkilatları ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşının həbs müddətini artırıb

Rusiya Ali Məhkəməsi beynəlxalq terror təşkilatları ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşının həbs müddətini artırıb
Rusiya Ali Məhkəməsi Azərbaycan vətəndaşı Ramil Mirzəmovun həbs müddətini artırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, məhkəmənin mətbuat xidmətindən bildiriblər ki, 4 tələbəni İraq və Suriyadakı beynəlxalq terror təşkilatlarına cəlb edən R. Mirzəmov 8 il əvəzinə 8 il 4 ay həbsdə olacaq.

Məhkəmənin qərarına əsasən, R. Mirzəmov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bildirilir ki, R. Mirzəmovun terror təşkilatlarına cəlb etdiyi iki tələbə 2014-cü ilin may ayında İraq və Suriyaya döyüşməyə yollanıb, digər iki nəfər isə onun əleyhinə ifadə verib.

Apa.az

Oxunub: 25 dəfə | Tarix: 16-06-2017, 15:04 | Kateqoriya:Xəbərlər