"AzadlIqdan Məhrumetmə
Yerlərİnİn Müşahİdəsİ"
İctİmaİ Bİrlİyİ

"Prison Watch"
Public Association

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 32 nəfər tutulub

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 32 nəfər tutulub
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 90 cinayət faktından 10-nun üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 32 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər ölüb, üç nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli yeddi fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər tutulub.

AZƏRTAC

Oxunub: 51 dəfə | Tarix: 1-06-2017, 15:02 | Kateqoriya:Xəbərlər