"AzadlIqdan Məhrumetmə
Yerlərİnİn Müşahİdəsİ"
İctİmaİ Bİrlİyİ

"Prison Watch"
Public Association

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutulub

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutulub
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 87 cinayət faktından 19-nun üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, dörd nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər tutulub.

AZƏRTAC

Oxunub: 51 dəfə | Tarix: 25-05-2017, 16:06 | Kateqoriya:Xəbərlər