"AzadlIqdan Məhrumetmə
Yerlərİnİn Müşahİdəsİ"
İctİmaİ Bİrlİyİ

"Prison Watch"
Public Association

Ötən gün qeydə alınmış 103 cinayət faktından 38-nin üstü “isti izlər”lə açılıb

 Ötən gün qeydə alınmış 103 cinayət faktından 38-nin üstü “isti izlər”lə açılıb
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 103 cinayət faktından 38-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 42 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər tutulub.

AZƏRTAC

Oxunub: 85 dəfə | Tarix: 28-03-2017, 14:49 | Kateqoriya:Xəbərlər