"AzadlIqdan Məhrumetmə
Yerlərİnİn Müşahİdəsİ"
İctİmaİ Bİrlİyİ

"Prison Watch"
Public Association

*Hansı hallarda şəxs müvəqqəti verilə bilər?

Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, xarici dövlətə verilməsi təxirə salınan şəxs xarici dövlətin ərazisində təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi üçün müvəqqəti olaraq verilə bilər. Müvəqqəti verilmə şəxsin verilməsi haqqında qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir. Cinayət işi üzrə prosessual hərəkətlərin icrası başa çatdıqdan sonra, lakin müvəqqəti verildiyi vaxtdan üç aydan gec olmayaraq verilən şəxs Azərbaycan Respublikasına qaytarılmalıdır.

Oxunub: 1175 dəfə | Tarix: 29-04-2010, 12:26 | Kateqoriya:Sual Cavab | Ətraflı

*Şəxsin verilməsi hansı hallarda təxirə salına bilər?

Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, xarici dövlət tərəfindən verilməsi sorğu edilən şəxs Azərbaycan Respublikası ərazisində cinayət məsuliyyətinə cəlb olunmuşdursa, yaxud cəza çəkirsə, onun verilməsi cinayət təqibi başa çatana, yaxud təyin edilmiş cəza çəkilənədək təxirə salına bilər.

Oxunub: 1087 dəfə | Tarix: 29-04-2010, 12:25 | Kateqoriya:Sual Cavab | Ətraflı

*Verilməsi sorğu edilən şəxs hansı hüquqlara malikdir?

Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, barəsində verilmə tədbirləri həyata keçirilən şəxs təxirəsalınmadan vətəndaşı olduğu dövlətin rəsmi nümayəndəsi və ya bu qismdə çıxış edən şəxslə əlaqə yaratmaq və onunla görüşmək hüququna malikdir. O həmçinin müdafiə və digər hüquqlardan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istifadə edir.

Oxunub: 1068 dəfə | Tarix: 29-04-2010, 12:25 | Kateqoriya:Sual Cavab | Ətraflı

*Verilən şəxsin cinayət təqibi hansı hədlərdə tətbiq olunur?

Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, xarici dövlətin sorğusuna əsasən verilən şəxs yalnız onun verilməsinə əsas olan cinayətin törədilməsinə görə həmin dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təqib edilə bilər. Verilən şəxs verilmədən əvvəl törətdiyi və verilməyə əsas olmayan cinayətə görə Azərbaycan RespublikasınınAzərbaycan Respublikasının Ədliyyə Nazirliyinin razılığı olmadan məsuliyyətə cəlb oluna, yaxud üçüncü dövlətə verilə bilməz. Verilən şəxs cəza çəkdikdən, yaxud qanunvericiliklə nəzərdə tutulmuş əsaslara görə cəza çəkməkdən azad edildikdən qırx beş gün sonra sorğu edən dövlətin ərazisini tərk etmədikdə, yaxud həmin ərazini tərk etdikdən sonra oraya könüllü qayıtdıqda, onun cinayət məsuliyyətinə cəlb edilməsinə, yaxud üçüncü dövlətə verilməsinə Azərbaycan Respublikasının razılığı tələb olunmur. Verilən şəxsin üzürlü səbəblərdən sorğu edən dövlətin ərazisini tərk edə bilmədiyi vaxt göstərilən müddətə daxil edilmir.

Oxunub: 1080 dəfə | Tarix: 29-04-2010, 12:24 | Kateqoriya:Sual Cavab | Ətraflı

*Hansı hallarda şəxsin verilməsindən imtina edilə bilər?

Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, şəxsin verilməsindən aşağıdakı hallarda imtina edilə bilər:

1) şəxsin verilməsinə əsas olan cinayətə görə sorğu edən xarici dövlətin qanunvericiliyi ilə ölüm cəzası nəzərdə tutulduqda (Bu halda şəxs yalnız o zaman verilə bilər ki, sorğu edən dövlət həmin şəxsin barəsində ölüm hökmü çıxararsa onun icra olunmayacağına təminat versin. Şəxsin verilməsindən imtina edildikdə, sorğu edən dövlətin vəsatətinə uyğun olaraq, həmin şəxs Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər);
2) verilməsi nəticəsində sorğu edilən şəxsin sorğu edən dövlətdə işgəncələrə, yaxud qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara, yaxud cəzaya məruz qalacağını güman etməyə kifayət qədər əsaslar olduqda;
3) verilməsi nəticəsində sorğu edilən şəxsin irqinə, milliyyətinə, dilinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya cinsinə görə təqibə məruz qalmasını güman etməyə kifayət qədər əsaslar olduqda;
4) şəxsin verilməsinə əsas olan cinayət sorğu edən xarici dövlətin ərazisindən kənarda törədilmişdirsə və bu cinayətə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət təqibi nəzərdə tutulmamışdırsa;
5) şəxsin verilməsinə əsas olan cinayətlə bağlı həmin şəxs Azərbaycan Respublikası ərazisində cinayət məsuliyyətinə cəlb edildikdə;
6) şəxsin verilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vuracağını güman etməyə kifayət qədər əsaslar olduqda;
7) şəxsin verilməsinə əsas olan cinayətə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq cinayət təqibinə xitam verilməsi haqqında qərar olduqda.

Oxunub: 1072 dəfə | Tarix: 29-04-2010, 12:24 | Kateqoriya:Sual Cavab | Ətraflı

*Hansı hallarda şəxsin verilməsindən imtina edilir?

Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin verilməsindən aşağıdakı hallarda imtina edilir:

1) barəsində sorğu edilən şəxs onun verilməsi haqqında məsələ həll edildiyi zaman Azərbaycan Respublikasının vətəndaşı olduqda (Bu halda şəxsin verilməsindən imtina edildikdə, sorğu edən dövlətin vəsatətinə uyğun olaraq, həmin şəxs Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər);
2) verilməsi haqqında sorğu edilən şəxsə Azərbaycan Respublikası ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada siyasi sığınacaq verildikdə;
3) verilməsi haqqında sorğu edilən şəxsin törətdiyi və verilməyə əsas olan əməl Azərbaycan Respublikası tərəfindən siyasi xarakterli cinayət sayıldıqda;
4) verilməyə əsas olan cinayət Azərbaycan Respublikası ərazisində törədildikdə;
5) şəxsin verilməsinə əsas olan cinayətə görə Azərbaycan Respublikasının ərazisində qanuni qüvvəyə minmiş hökm çıxarıldıqda;
6) Azərbaycan Respublikasının və ya sorğu edən xarici dövlətin cinayət qanunvericiliyinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə, yaxud ittiham hökmünün icrası müddətləri keçdikdə;
7) şəxsin verilməsinə əsas olan cinayət sorğu edən xarici dövlətin qanunvericiliyində hərbi xidmət əleyhinə cinayət kimi nəzərdə tutulduqda və hərbi xidmətlə bağlı olmayan başqa cinayətin tərkibini yaratmadıqda;
8) cinayət törətmiş şəxslərin verilməsi ilə bağlı sorğu edən xarici dövlət tərəfindən qarşılıqlı yardım prinsipinə riayət olunmadıqda.

Oxunub: 1166 dəfə | Tarix: 29-04-2010, 12:23 | Kateqoriya:Sual Cavab | Ətraflı