"AzadlIqdan Məhrumetmə
Yerlərİnİn Müşahİdəsİ"
İctİmaİ Bİrlİyİ
"Prison Watch"
Public Association
Menu
Penitensiar müəssisələrin yerləşmə xəritəsi
Partnyorlarımız




















Ombudsmanın ədliyyə nazirinə müraciəti nəticəsiz qalmayıb
Ombudsmanın ədliyyə nazirinə müraciəti nəticəsiz qalmayıb Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri ötən il dekabrın axırlarında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsinə (CÇM) baş çəkiblər.

Ombudsman Aparatının mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, başçəkmə zamanı müəssisənin bütün obyektlərinə baxış keçirilib, saxlanma şəraiti və məhkumlarla rəftarın vəziyyəti araşdırılıb. Bu zaman müsbət işlərlə yanaşı, bir sıra pozuntular da aşkarlanıb. Belə ki, müəssisədə cəza çəkən 50-dən çox məhkum qəbul olunub, onlarla söhbət zamanı saxlanma şəraiti və rəftarla bağlı bir sıra narahatlıq doğuran məlumatlar verilib.

Ombudsman həmin məsələlərin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ədliyyə nazirinə müraciət edib.

Araşdırmanın nəticəsi ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən alınan məktuba əsasən, 13 saylı CÇM-in cərimə təcridxanasında (CT) müvafiq yaşayış sahəsi normasının gözlənilməsi məqsədilə bəzi kameralarda çarpayıların sayı azaldılıb, stolların yerləri dəyişdirilərək, döşəmədən normal hündürlükdə quraşdırılıb, kameralar məhkumların sayına uyğun oturacaqla, təmiz və istifadəyə yararlı yataq ləvazimatları ilə təmin edilib, habelə bir kamerada istilik sistemi işlək vəziyyətə gətirilib. Həmçinin üç kameranın pəncərələrinə yeni çərçivələr qoyulub. Təyinatı üzrə istifadə edilməyən otaqlar boşaldılıb və məhkumların ümumi istifadəsinə verilib.

Həmin cəzaçəkmə müəssisəsinin fəaliyyəti PX rəhbərliyi yanında müzakirə edilib, fəaliyyətində nöqsan və çatışmazlıqlara yol vermiş müəssisə rəisi B.Əsgərova, əməliyyat şöbəsinin rəisi M.Mehdiyevə və həmin şöbənin böyük inspektoru C.Aslanova şiddətli töhmət verilib, rejim-nəzarət şöbəsinin rəisi H.Quliyevə isə tutduğu vəzifəyə uyğun olmaması barədə, CÇM-in digər əməkdaşları F.Əliyev, R.Sultanov və S.Qarayevə tutduqları vəzifələrdə qısa müddətdə işlədikləri nəzərə alınaraq, xəbərdarlıq olunub.

MPM qrupu tərəfindən bu müəssisəyə təkrar baş çəkiləcək.
Share |
Oxunub: 202 dəfə | Tarix: 1 Fevral 2012 | Kateqoriya: Xəbərlər, Yerli xəbərlər
Az       En       Ru
Xəbərlər



Ünvan: Süleyman Rüstəm küç. 55/38 Bakı AZ 1007, Azərbaycan
Tel: (+994 12) 441 03 55
Fax: (+994 12) 440 92 96
E-mail: office@azpenalreform.az